TürkPA-nın baş katibi Beynəlxalq Xəzər Forumunda iştirak edəcək

TürkPA-nın baş katibi Beynəlxalq Xəzər Forumunda iştirak edəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov dekabrın 6-da İstanbula gedəcək. TürkPA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Xəzər Strateji İnstitutunun təşkil edəcəyi Beynəlxalq Xəzər Forumunda iştirak etməkdir.

Forum Avrasiya, ABŞ və Avropadan görkəmli liderləri enerji, enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi, siyasi məsələləri və Xəzər regionunda investisiya imkanlarını müzakirə etmək məqsədilə bir araya gətirir.

Forumda əsasən "Avrasiya enerji dinamikasında Xəzər Enerji resurslarının rolu", "Xəzərin İqtisadi İnkişafı: İpək Yolunun dirçəldilməsi, diversifikasiyası və davamlı artım və son olaraq Avrasiyada sülh və sabitliyə nail olunması" və "Perspektivlər və problemlər" mövzularında müzakirələr aparılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə