Azərbaycanlı jurnalistlər Türkiyədəki səfirimizlə görüşdü FOTO

Azərbaycanlı jurnalistlər Türkiyədəki səfirimizlə görüşdü FOTO

Bu gün TRT kanalında təcrübə keçən jurnalistlərimiz Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovla görüşüb. SİA-nın məlumatına görə, görüş səfirliyinin Ankarada yerləşən inzibati binasında baş tutub. Tədbirdə Azərbaycanın 25 KİV nümayəndəsi ilə yanaşı, TRT təmsilçiləri də iştirak edib. Səfir jurnalistlərimizin TRT-də təcrübə keçmələrini yüksək qiymətləndirib. Layihənin önəmini vurğulayan F.Bağırov TRT ilə Azərbaycan kanalları, xüsusilə də İTV-nin əməkdaşlığından danışıb. Diplomat Azərbaycan Dövlət Televiziyası ilə də əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görüldüyünü qeyd edib. O, Qəbələ görüşündə TRT-nin AzTV ilə rəsmi şəkildə əməkdaşlığı barədə sənəd imzalandığını söyləyib.

F.Bağırov TRT Avaz telekanalının türk dövlətləri arasında körpü rolunu oynadığını, faydalı verilişlər yayımladığını diqqətə çatdırıb. Diplomat Türkiyədə ay ərzində turistlər də nəzərə alınsa, 100 minlərlə azərbaycanlının olduğunu, daimi yaşayanların isə sayının 20 min nəfərə çatdığını deyib. O, Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin də sayının artdığını vurğulayıb.

Səfir Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini vurğulayaraq, bu inkişafın təkcə paytaxt Bakıda deyil, bölgələrdə də müşahidə olunduğunu önə çəkib. Daha sonra yeni mediadan danışan diplomat internetin KİV-də rolundan söz açıb.

Müzakirələrlə davam edən görüşün sonunda xatirə şəkli çəkdirilib.

Elgün Vidadioğlu

Ankara - Bakı

Bütün xəbərlər Facebook səhifəmizdə