"Bu məbləğ 120-130 manata qalxacaq"

"Bu məbləğ 120-130 manata qalxacaq"

Gələn ildən Azərbaycanda sosial müavinət və ünvanlı sosial yardımların məbləği artırılacaq. SİA-nın məlimatına görə, jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov belə deyib.

Nazir müavini bildirib ki, Milli Məclis tərəfindən gələn il üçün nəzərdə tutulan büdcə paketi təsdiqlənib. İ.Rəhimovun sözlərinə görə, burada 93 manatdan başlayaraq ilkin ehtiyac meyarı müəyyənləşdirilib: "Bu da ünvanlı sosial yardımın məbləğinin artırılmasına və onu alanların sayının genişlənməsinə təsir göstərəcək. Əgər bu gün sosial yardımın orta məbləği 100-110 manatdırsa, gələn ildən bu məbləğ 120-130 manata qalxacaq. Bu gün 130 min ailə ünvanlı sosial yardım alır".

İ.Rəhimov qeyd edib ki, gələn il digər ödənişlər kimi sosial müavinətlərin də indeksləşdirilməsi və artırılması nəzərdə tutulur: "Sosial müavinətlər bugün 45 manat məbləğində olması onun orta məbləğidir. Sosial müavinət alanların bir çoxu 80-100 manat məbləğində də alırlar. Bundan əlavə, Azərbaycanda ünvanlı sosial yardım da mövcuddur. Az məbləğdə sosial müavinat alan insanlara əlavə ünvanlı sosial yardımlar vermək imkanı var".

Bütün xəbərlər Facebook səhifəmizdə