Atəşkəs yenidən pozulub

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Mərzili, Sarıcalı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə