Gürcüstanda yaşayan soydaşlarımıza gecə basqınları davam edir

Bu dəfə maskalılar yaşlı qadını bıçaqlayıblar
Gürcüstanda yaşayan soydaşlarımıza gecə basqınları davam edir

Gürcüstanın Telavi rayonunun Qaracalar kənd sakini Reyhan Tənzil qızının evinə silahlı basqın olub. SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, maskalı 3 nəfər 54 yaşlı qadından pul və zinət əşyaları tələb edib. Buna qarşılıq olaraq ev sahibi etiraz edib. Maskalı şəxslər bundan sonra qadının bədəninə 6 bıçaq zərbəsi vurub. Yaralı qadın Telavi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə