Gürcüstanın Xarici İşlər Nazirliyi Mağvala Qonaşviliyə bəzi tövsiyələr verib
Gürcüstanın Xarici İşlər Nazirliyi Yazıçılar İttifaqının sədri Mağvala Qonaşviliyə Azərbaycana səfər etməkdən çəkinməyi məsləhət görüb. Mağvala Qonaşvili noyabrın ortalarında Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisinə - Dağlıq Qarabağa Azərbaycan tərəfin icazəsi olmadan səfər edib.
Gürcüstan parlamentinin komitə sədri Tedo Caparidze Azərbaycan tərəfin razılığını almadan buraya səfərin qeyri-qanuni olduğunu bildirib və rəsmi Bakının narazılığının əsaslı olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB