Ağsu-Çaparlı-Bağırlı avtomobil yolu 17 yaşayış məntəqəsini birləşdirəcək
Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, 18 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Ağsu rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB