Lənkəranda aparılan geniş abadlıq və quruculuq işləri ilə yanaşı, yaşıllaşdırma işlərinə də xüsusi önəm verilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 14 noyabr 2012-ci il tarixli 464 saylı Sərəncamına əsasən Lənkəranın şəhər, qəsəbə və kəndlərində 2012-ci ilin noyabr ayının 15-dən dekabr ayının 15-dək "Yaşıllaşdırma aylığı" keçirilir. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, sərəncam imzalandığı gündən yaşıllaşdırma kompaniyası kütləvi xarakter alıb. Noyabrın 24-də isə bu kompaniyanı dəstəkləyən ümumrayon iməciliyi keçirilib. İməcilik zamanı Lənkəranın şəhər, qəsəbə və kəndlərinin ərazilərində əhalinin iştirakı ilə park, bağ və meydanlarda, magistral yol və küçə kənarlarında müxtəlif növ ağaclar, həmişəyaşıl, dekorativ kollar əkilib.
Rayon sakinləri Lənkəranın daha da gözəlləşməsi və yaşıllaşmasına yönələn tədbirləri razılıq hissi ilə qarşılayırlar. 80-ə yaxın yaşı olan Gərmətük kənd sakini Sərhad Məmmədov bildirib ki, Lənkəranda keçirilən "Yaşıllaşdırma aylığı"nın keçirilməsi cənub mirvarisi Lənkəranın ekoloji cəhətdən daha təmiz, turistlər üçün cəlbedici bir məkana çevrilməsinə səbəb olcaq.
İməcilik zamanı Lənkəran ŞİH başçısı müavinlərinin, İcra Aparatının şöbələrinin iştirakı ilə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, Lənkəran şəhər Mənzil-İstismar və Kommunal Müəssisələr İdarəsi, 1saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi , Lənkəran Meşə Bərpası və Mühafizəsi Müəssisəsi, Hirkan Milli Parkı və digər aidiyyatı təşkilatlar ağacəkmə kompaniyasında fəallıq göstəriblər. İndiyədək kompaniya çərçivəsində Lənkəran və Liman şəhərlərində, rayonun bütün qəsəbə və kəndlərində, Bakı-Astara magistral yolunun Lənkəran ərazisi boyunca 2 mindən çox yerli təbii şəraitə uyğun dəmirağacı, küknar, palma, Lənkəran akasiyası və s. dekorativ ağac növləri və gül kolları əkilib
Ağacəkmə kompaniyasının dekabr ayının 15-dək hər gün davam etdirilməsi nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB