FHN Şabranda çadırlar paylayıb YENİLƏNİB

FHN Şabranda çadırlar paylayıb YENİLƏNİB

Şabran rayonun Ağalıq kəndində XX əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli 12 mənzilli yaşayış binasının əsasən dam və divarrında gecə saatlarında uçqun olub. Sakinlər vaxtında binadan çıxdığından tavanın uçması zamanı heç kim xəsarət almayıb.

Sakinlər 1930-cu ildə tikilən yaşayış binasının uzun ilıərdir ki, qəzalı vəziyyətdə olduğunu deyirlər. Onların binanın vəziyyəti ilə bağlı aidiyyatı qurumlara etdikləri müraciətlər isə hərdəfə cavabsız qalıb.

Rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi də binanın uzun müddət baxımsız qalması səbəbindən qəzalı vəziyyətə düşdüyünü bildirib.

Rayonun baş memarı Eldəniz Şükurov isə tikintinin yaşayış üçün təhlükəli oldğunu deyib.

Qəzalı binada yaşayan 33 nəfərdən ibarət 11 ailənin müvəqqəti yerləşdirilməsi məqsədi ilə FHN-nin Şimal Regional Mərkəzi tərəfindən kəndə 10 çadır gətirilib. Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyətı qurumların mütəxəssisləri artıq qəzalı vəziyətə düşən binaya baxış keçirib.

Tikilinin bərpa ediləcəyi və ya söküləcəyi ilə bağlı qərar mütəxəsisslərin verəcəyi rəydən sonra məlum olacaq.

Emin Kərimov, Şabran

Bütün xəbərlər Facebook səhifəmizdə