İsgəndər Mustafayev : “Əlillərin əmək qabiliyyəti anlayışı yoxdur”
Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayevin SİA-ya verdiyi müsahibəni təqdim edirik:
Azərbaycanda əlilliyi olan insanların hüquqlarının müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndərimiz Heydər Əliyevin bu sahədə əsasını qoyduğu işlər Prezident İlham Əliyevin sosial müdafiə sisteminin inkişafını daim diqqətdə saxlaması nəticəsində ilbəil güclənir. Rəsmi məlumatlara görə, dünya üzrə əlilliyi olan insanların əhali tərkibində göstəricisi 10 faiz, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir.
"Azərbaycanda əlillərin əmək qabiliyyəti anlayışı yoxdur"
İsgəndər Mustafayev əlillərin cəmiyyətdə öz layiqli yerlərini tutmaları üçün müxtəlif peşələrə yiyələnməli olduqlarını vurğulayıb: "Ümumiyyətlə dünyada və o cümlədən Azərbaycanda əlillərin əmək qabiliyyəti anlayışı yoxdur. Bu anlayış xəstəlik mülahizələri üzərində qurulub.Əlil insanların cəmiyyətin layiqli üzvlərinə çevrilməsi üçün birinci qanunvericilik haqqları dəyişdirilməlidir. Normativlərdə bu insanların məşğulluğu, əmək hüquqlarının qorunması , informasiya-komunikasiya imkanları ilə bağlı xüsusi qanunlar yoxdur. Bizim qanunlarımızda əlillik məsələləri sırf xəstəlik üzərindədir. Cəmiyyətdə və normativ qanunlarda əlil insan yazıq, xəstə kimi qəbul olunur".
"Əlillərin müalicəsi çoxşaxəli aparılır"
İsgəndər Mustafayev ölkəmizdə əlillərin müalicəsi haqqında da danışıb: "Hazırda nazirliyin nəzdindəki ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 10 000 nəfərədək fiziki məhdudiyyətli insana bərpa-müalicə xidməti göstərilir. Təkcə onu deyə bilərəm ki, keçən il 750 əlil ölkəmizin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında olublar. 85 əlil ölkə xaricinə dünya miqyaslı klinikalarda müalicə olunublar.
Qeyd edim ki, 2007-2010-cu illərdə 2061 nəfər yaradıcı əlilin iştirakı ilə sərgi-müsabiqələr keçirilib və fərqlənən əlillərə mükafatlar veriib. 29 noyabr-1 dekabrda keçirilən Əlillərin VIII Ümumrespublika sərgisində isə 145 əlilin 500-dən çox əl işi nümayiş olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB