Bəzi kütləvi informasiya vasitələrində Mingəçevir təhsili ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Yazılan "faktlar" konkret ünvan göstərilmədən ümumi cümlələrlə verilib. Məsələni araşdırmaq üçün SİA-nın əməkdaşı Təhsil Şöbəsinin müdiri ilə əlaqə saxlayıb.
Mingəçevir şəhər Təhsil Şöbəsindən bildirilib ki, məktəblərdə həm şagirdlərin davamiyyətinə, həm də tədrisin keyfiyyətinə daim nəzarət edir. Repetitor hazırlığının olduğunu etiraf etməklə, onu da əlavə etmək istərdik ki, biz, şagird biliklərinin keyfiyyətinin yüksəldilməsində əlavə stimul kimi repetitor hazırlığının əleyhinə deyilik. Lakin şagird əsas təhsili məktəbdə alır və Mingəçevir şəhər təhsilində də bu istisna deyil. Şagirdlərin dərslərə davamiyyətində və hazırlığında aşkar edilən nöqsanların aradan qaldırılması üçün isə müntəzəm tədbirlər görülür. Bunun nəticəsidir ki, Mingəçevir məktəblərinin şagirdləri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında, keçirilən yarış və müsabiqələrdə bir qayda olaraq Respublika rayonları arasında öncüllər sırasında olurlar.
"Şagirdlərdən dərsə gəlmədiklərinə görə pul tələb edilməsi" faktı şəhər Təhsil Şöbəsinə məlum deyil. Əslində belə bir faktın Mingəçevir kimi yüksək təlim göstəriciləri olan şəhərdə olması inandırıcı deyil. Şikayət müəlliflərindən xahiş edirik ki, əgər onlara konkret faktlar məlumdursa, buyurub Mingəçevir şəhər Təhsil Şöbəsinə müraciət etsinlər onlarla birlikdə bu məsələni araşdıraq. Cəmiyyətdə, eləcə də təhsildə olan neqativ halları aradan qaldırmaq üçün vüvafiq tədbir görmək hər birimizin vətəndaşlıq borcumuzdur və əgər təhsilimizdə həqiqətən belə hallar varsa, onların aşkar edilməsində bizə göstərdikləri köməyə görə hər bir vətəndaşa təşəkkür edərdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB