"Təhsil ocaqlarında istədiyimiz kimi gənclər yetişdirə bilmirik"

"Təhsil ocaqlarında istədiyimiz kimi gənclər yetişdirə bilmirik"

Bu gün Caspian Plazada Qafqaz Araşdırmalar Mərkəzinin təşkil etdiyi konkrans keçirilir. SİA-nın məlumatına görə, konfransda Azərbaycan və Gürcüstandan olan nümayəndələr son vaxtlar iki ölkə arasında olan bir-sıra münasibətləri müzakirə edir. Açıq diskusiyya şəraitində keçirilən konfransda Gürcüstanda yaşayan azərbaycanlıların problemləri o cümlədən, təhsil problemi müzakirə olunub. Konfransda Azərbaycan və Gürcüstan nümayəndələr iştirak edir.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkili Mahir Dərziyev bildirib ki, təhsil sahəsində olan əsas problem təhsil qanunlarının işləməməsidir: "Gürcüstanın təhsil qanununa Azərbaycan dilinin tədrisi daxil edilib. Məktəblərə təyin olunan gürcü direktorlar məktəbdə azərbaycan dilinin tədrisinə maraqlı deyillər. Biz hazırda mövcud olan təhsil ocaqlarında istədiyimiz kimi gənclər yetişdirə bilmirik. BU barədə tədbir görülməsə, Azərbaycan məktəbləri öz-özünə bağlanacaq".

Qeyd edək ki, Qənirə Paşayevanın təşəbbüsü ilə bu gün daxil olmaqla önümüzdəki günlərdə bir sıra aidiyyatı strukturlar ilə görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə