Qadınların ürəyinə yol tapan 5 sirr

Qadınların ürəyinə yol tapan 5 sirr

Qadınlar daima diqqət mərkəzində olmağı sevir. Əgər qadınları ovsunlamaq istəyirsinizsə onda aşağıdakıları diqqətlə oxuyun. SİA qadınların ürəyinə yol tapan 5 sirri açıqlayır!

Arxamızca sürünün!

Bütün qadınlar kişilərin onların arxasında qaçmağından çox məmnundur. Hər işin bir qaydası olduğu kimi, bunun da öz qaydaları var. Məsələn, qadını ürkütmək, aqressiv və ya yapışqan kimi yapışmaq, əlacsız olduğunu hiss etdirmək qəti qadağandır! Doğru vaxtda, doğru yerdə söylənilən sözlər hər bir qadına istənilən təsiri göstərə bilər.

Bizimlə daha çox ünsiyyətdə olun!

Qadınların əhvalı pis olduqda onlarla danışmaq çətinləşir. Bu zaman qadınlar onlarla usanmadan danışmaq istəyən bir kişi ilə sevə-sevə ünsiyyət qura bilərlər. "Necəsən?" sualına verilən "Yaxşıyam" cavabından sonra da söhbət eləməyə davam edin. Qadınlar onlarla həqiqətən maraqlanan biri ilə səmimi ünsiyyət qura bilirlər.

Özünə də vaxt ayır!

Elə bilirsiz qadınlar təkcə özlərinə vaxt ayrılmasını istəyir? Yox! Qadın istəyir ki, kişi öz dostları ilə görüşsün, futbola, kinoya getsin, amma həyat yoldaşını da yaddan çıxarmasın. Bu hər iki tərəf üçün əlverişli yoldur.

Dostlarını tanımaq istəyirəm!

Qadınlar həmişə kişilərin ətraf mühitini, dostlarını tanımaq istəyir. Əksinə olaraq kişilər bunu istəmirlər. Çünki, kişi qadının yanında dostları ilə istədiyi kimi danışa bilmir. Bundan başqa kişi dostları arasında bölüşdüyü hər-hansı bir sirrin qadının yanında açılmağından narahatdır.

Başqa qadınla maraqlanma!

Qadınların ən aktual problem qısqanclıqdır. Əgər kişi başqa qadınla daha çox maraqlanırsa, ard-arda kompliment deyirsə, həyat yoldaşına başqa bir qadının gözəl olduğunu söyləyirsə, vay kişini halına...

Bütün xəbərlər Facebook səhifəmizdə