Bahar Muradova: "BAMF beynəlxalq təşkilat statusu almalıdır"

Bahar Muradova: "BAMF beynəlxalq təşkilat statusu almalıdır"

"Azərbayanın tanınmış təşkilatı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) fəaliyyətini çox yüksək qiymətlənirirəm". Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova BAMF-in 20 illik yubileyi münasibətilə etdiyi çıxışında deyib.

"BAMF təşkilatı nəinki Azərbaycanda, o cümlədən dünyada yüksək mövqelərdən birini tutur. Bu təşkilatın Azərbaycanla bərabər necə addımladığının şəxsən şahidi olmuşam. Bu təşkilat təkcə Azərbaycana yox, ümumilikdə bəşəriyyətə xidmət edən təşkilatdır. Hesab edirəm ki, bu gün müharibənin gətirdiyi bəlalar, onun nəticələrini aradan qaldırmaqda bilavasitə iştirak edən bir təşkilat bu gün yubileyini qeyd etməkdə haqlıdır. Azərbaycan regional deyil, beynəlxalq miqyasda fəaliyyət göstərdiyi üçün BAMF da beynəlxalq miqyasda fəaliyyət göstərir. Hesab edirəm ki, BAMF-ın artıq beynəlxalq təşkilat statusu almaq vaxtı çatıb. Biz çalışacağıq ki, bu təşkilat beynəlxalq təşkilat statusu alsın".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə