Britaniyanın Bristol universitetinin tədqiqatçıları hesab edirlər ki, müntəzəm yuxusuzluq şizofreniyaya səbəb ola bilər. SİA-nın xarici saytlara istinadən verdiyi xəbərə görə, nevroloqlar eksperiment çərçivəsində yuxu zamanı beyinin elektrik fəallığını qeydə alaraq qeyri-müntəzəm yuxunun laboratoriyada gəmiricilərin beyninə təsirini tədqiq ediblər.
Məlum olub ki, yuxunun pozulması öz ardınca beyinin fəallığını dəyişir. Hər şeydən öncə yaddaşın formalaşmasında rol oynayan hippokamlar və qərar qəbul etməkdə cavabdehlik daşıyan alın sümüyü arasındakı məlumatların axını pozulur.
Ekspertlər həmçinin aydınlaşdırıblar ki, yuxudan məhrum olmaq çox hallarda diqqətin bir yerə toplanmasını pisləşdirir və stressin səviyyəsini yüksəldir. Uzun müddət yuxusuzluq şizofreniyanın əlamətləri olan hallusinasiya, yaddaşın itməsi və çaşqınlıq təhlükəsi yaradır. Alimlər güman edirlər ki, müntəzəm yuxusuzluq bu xəstəliyin nəinki nəticəsi, hətta səbəbi ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB