BAMF-in 20 illik yubileyi keçirilir

BAMF-in 20 illik yubileyi keçirilir

Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasının 20 illik yubileyi qeyd olunur. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, bir çox xarici ölkədən gəlmiş qonaqlarla yanaşı beynəlxalq təşkilatların, BMT Azərbaycandakı agentliklərinin nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə BAMF-nin sədri Umud Rəhimoğlu açıb. Salamlama nitqindən sonra BAMF-nin 20 illik yubileyi münasibətilə hazırlanmış "Bəşəriyyət üçün xidmətlərə görə təsvir və səs vasitəsilə hekayə" filmi nümayiş etdirildi.

Qeyd edək ki, BAMF 1992 -ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb.

Tədbir davam edir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə