Qoç- Ətrafdakılarda müsbət rəy yaratmaq naminə saxtakarlıq etməyin, olduğunuzdan fərqli görünməyə çalışmayın.Səhər saatlarında günün intensiv olacağı gözlənilir. Rəqiblərə və ya bədxahlara fikir verməyin. Sizin onlara münasibətinizdən asılı olmayaraq, həmin adamlar öz işlərindədir.
Buğa – Bu gün sizing üçün heç də pis gün deyil. Hər şey sizdən, əməllərinizdən, istəklərindən asılıdır.Aldığınız tapşırıqları yerinə yetirərkən rutinlikdən bir qədər kənara çıxın, fantaziya və təxəyyülü işə salın. Təşəbbüskar olun və bu zaman rəhbərlik səylərinizi görəcək.
Əkizlər –Sizin üçün çox ağır gündür. Problemlər sanki yarışa giriblər və onların sayı azalmaq bilmir. Bir problemi həll etməmiş, başqası peyda olur və onun da çözülməsi yeni qüvvə, yeni səy və ən başlıcası, vaxt tələb edir.
Xərçəng - Səhərə yorğun başlaya bilərsiniz. Yorğunluq dünənki işlərin əks-sədasıdır. Bəlkə də yorğunluğun nəticəsi stressdir və ondan qurtulmaq üçün sağlamlığınızın qeydinə qalın! İşdə və ya təhsil zamanı sosial şəbəkələrə qatılmayın. Bu, mənfi emosiyalarınızı artıra bilər.
Şir - Günün ilk yarısında başağrısı və halsızlıq ola bilər. Lakin bu vəziyyət qısamüddətli olacaq. Yaxın dostlarınız və yaxşı tanıdığınız insanların yardımları mümkündür.Axşam saatlarını dostlarla keçirə bilərsiniz. Amma ailənizin məişət qayğılarını da unutmayın.
Qız - İşdə mübahisələr gözlənilir. Həmkarlarınıza mövqelərinizin doğru olduğunu başa salmağa çalışarkən emosiyalara qapılmayın.
Elektron poçtunuzu yoxlayın. Orada gözlənilməz məktub ola bilər. Axşam saatlarını sevdiyiniz insanla keçirin, çünki onun sizin səmimi və xoş sözlərinizə ehtiyacı var.
Tərəzi - Yeni tanışlıq yaxşı perspektivlər vəd edir. Hər şey sizdən asıldır. Aktiv, emosional, hərəkətli, mütəhərrik olun. Gün faydalı və ya xoş ola bilər. Günün həyat potensialı yüksəkdir. Ehtiyac varsa, idman və ya ağır fiziki işlə məşğul olmaq mümkündür. Ayaqqabı, geyim və ya aksessuar almaq fikriniz varsa, bələd olduğunuz markalara, tanıdığınız dükanlara və ya satıcılara üstünlük verin.
Əqrəb - bu gün istənilən mübahisədən qalib çıxa bilərsiniz.Mənası olmayan riskli addımlar ataraq qüvvənizi olduğundan artıq dəyərləndirməyin.
İşdə hansı prinsiplərə riayət etməklə bağlı mübahisələrin yaranması, iş yoldaşları və ya tərəfdaşlarınızla fikir ayrılıqlarının yaşanması istisna deyil.
Oxatan - Yeni işə başlamaq olar. Lakin bilin ki, yardım və köməyinə bel bağladığınız insanlar sizi dəstəkləməyə bilərlər. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun.
Oğlaq - Yeni layihəyə və ya işə başlamaq olar. Bununla belə, adət etdiyiniz, alışdığınız iş də sizə cansıxıcı, üzücü təsir bağışlamayacaq.
Nüfuzlu şəxsdən, o cümlədən çoxdan dəstəyini və ya himayəsini almağa nail olmağa çalışdığınız adamdan cavab ala bilərsiniz.
Ailə üzvləri, yaxınlarınızla asanlıqla ümumi dil tapırsınız. Bu zaman düşündüyünüzü deyin, səmimi olun. İkinci dərəcəli məsələləri mühüm işdən, əsas məqsəddən ayırın.
Dolça - Bir qədər əvvəl yaranmış problemlər uğurla həll ediləcək. Yeni dostlar və müttəfiqləriniz olacaq. Qətiyyətiniz, inadkarlığızın və ən başlıcası - yaxşı işiniz ətrafdakılarda rəğbət hissi yaradacaq. Çətin vəziyyətə düşsəniz, yardım istəməkdən çəkinməyin.Düşünülməmiş addımlar atmayın, emosional qərarlar verməyin.
Balıqlar - Lakin böyük uğur qazanmaq şansı azdır. İzafi, gərəksiz xərclər etməyin. Bu gün bütün istəklərinizi dərhal həyata keçirməyə çalışsanız, uğursuzluğa və pərişanlığa düçar ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB