Hava küləkli olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: dekabrın 3-də günün ikinci yarısından 6-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə