İtmiş balıqçılar tapıldı

Dekabrın 2-də səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxan və geri qayıtmayan 4 nəfər balıqçının yeri müəyyən olunub.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, balıqçılardan biri xilas edilərək Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Digər 3 balıqçı helikopterə qalxmaqdan imtina edib.

Məlum olub ki, qayıq yanacaq bitdiyi üçün dənizdə qalıb. Sonradan digər 3 balıqçı saat 23:15 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, qayıq yedəyə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə