Lənkəranda 10 nəfərə əlil arabası verildi

Lənkəranda 10 nəfərə əlil arabası verildi

3 dekabr Beynəlxalq Əlillər günü Lənkəranda da təntənəli surətdə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, fiziki sağlamlığını itirmiş bir qrup əlilin iştirak etdiyi tədbirdə bildirilib ki, BMT-yə üzv olan bütün ölkələrdə qeyd edilən bu gün hər il ölkəmizdə də yüksək səviyyədə keçirilir. Regionlarda əlillər üçün tikilən çox mərtəbəli yaşayış binaları bunun bariz nümünəsidir. Lənkəranda da bu yöndə xeyli iş görülüb. Son illər rayonda əlillər üçün tikilən çoxmərtəbəli iki binada 80 əlilin yaşayış şərait yaxşılaşdırılıb. 7 əlil üçün isə fərdi yaşayış evi tikilərək onların istifadəsinə verilib. Bununla yanaşı Lənkəranda Əlillərin regional bərpa mərkəzi fəaliyyət göstərir. Mərkəzdə əlillərin sağlamlığı daim diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, hazırda Lənkəranda 13166 nəfər fiziki sağlamlığını itirmiş şəxs yaşayır.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfində fiziki sağlamlığını itirmiş 10 nəfərə əlil arabası təqdim olunub. Həmçinin bir qrup əlilə maddi yardım göstərilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə