ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq abonentlərin qanunsuz yolla qaz xətlərinin çəkilişinə qarşı reydlər təşkil olunub. Bunu SİA-ya adıçəkilən qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev deyib.
Onun sözlərinə görə, qazdan qeyri-qanuni istifadə halları aşkarlandıqda isə buna qarşı müvafiq tədbirlər görülür: "2012-ci ilin oktyabr ayının göstəricilərinə görə, təbii qazdan istifadə hallarının pozulmasına görə, 3800 istehlakçıya qarşı müvafiq qüsur aktı tərtib olunub və 8 milyon kubmetr həcmində dəymiş ziyan hesablanıb. Bundan əlavə birliyin müvafiq şöbəsi Abşeronda və Bakının bir neçə rayonunda Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Sabunçu o cümlədən Sumqayıtda 426 istehlakçının qaz təsərrüfatına baxış keçirib. Burada isə 116 istehlakçıya müvafiq qüsur aktı tərtib olunub. Sayğacdan kənar istifadəyə görə 26 fakt var eləcə də sayğacı mövcud cihazların sərfiyyatına uyğun olmaması ilə bağlı 11 fakt mövcuddur. Bu cür hallar hər ay qurum tərəfindən aşkar edilir və qarşısını almaq üçün müvafiq tədbirlər görülür".
A.Ağayev deyir ki, abonentlər bildiriş aldıqdan bir ay sonra müddətində işlətdikləri qazın borcunu ödəməlidirlər: "Əgər bir ay müddətində ödəmə tam şəkildə həyata keçirilmirsə o zaman tərəfimizdən bildiriş təqdim edilməklə onun mənzilinin qaz təchizatı dayandırılır. Bu mexakiniki tipli qaz sayğaclarında olan borcdur. Smart tipli qaz sayğaclarında isə bu proses bir qədər asanddır. Məlumdur ki, burada tam avtomatik ödəniş sistemi mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB