ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi əhaliyə xəbərdarlıq edir ki, qeyri-qanuni qaz sobalarından istifadə etməsinlər. Bunu SİA-ya adı çəkilən qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev deyib.
Onun sözlərinə görə, idarə tərəfindən mənzillərdə baxış keçirilərkən də əhaliyə mütəmadi olaraq xəbərdarlıqlar edilib: "Əhali mənzillərinə qaz cihazı alarkən və müxtəlif avadanlıqlar seçərkən onların uyğunluq sertifikatının olub-olmamasına xüsusi diqqət yetirməlidirlər. Burada digər məsələ həmin cihazların kustar üsullarla hazırlanmasıdır. Nəzərə almaq lazımdır ki, qiymətin ucuz olması müqabilində insan həyatı qurban verilməsin. İstənilən qaz cihazının quraşdırılması zamanı yerli Qaz istismar sahəsinin nümayəndəsinə müraciət edilməlidir. Çünki bu adi cihaz deyil, əksinə sonu böyük fəlakətlərə yol açan bir qurğudur".
Şöbə müdiri həmçinin ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2012-2013-cü il payız-qış mövsümünə hazırlıq işləri barəsində də məlumat verib. Qeyd olunub ki, bu tədbirlər planına müvafiq olaraq adı çəkilən qurumun bütün struktur təşkilatları tərəfindən lazımi işlər həyata keçirilib: "Paytaxt Bakıda mühüm işlərdən biri Neftçilər prospektində, Dalğa Plazanın ətrafından başlayaraq Yusif Səfərov küçəsinədək olan ərazidə 3.7 kilometrlik 315 millimetrlik politilen qaz kəmərinin çəkilişidir. Bu kəmər vasitəsilə şəhərin bir neçə istiqamətinə yeni çıxışlar ayrılıb ki, bu paytaxtın mərkəz hissəsində yaşayan əhalinin təbii qazla təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Bakının digər rayonlarında da sistemli sürətdə işlər həyata keçirilməkdədir. Bütün bu tədbirlər payız-qış mövsümünə hazırlıq xarakteri daşıyır. Təbii ki, Azərbaycanın regionları da diqqətdən kənarda qalmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB