Qazax rayonunda 3 dekabr Beynəlxalq Əlillər günü münasibəti ilə əlillərlə görüş keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayondan olan 40 əlilə maddi yardım edilib. Qarabağ müharibəsi əlilləri, Əfqanıstan müharibəsi və Çernobl əlillərinə bundan sonra da diqqət ayrılacağı vurğulanıb.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imkan dairəsində həmin şəxslər mənzil və maşınlarla təmin olunur. Əlillərin rifah halının yaşxılaşdırması isə daim diqqət mərkəzindədir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB