İcra başçısı sakinlərlə görüşüb

İcra başçısı sakinlərlə görüşüb

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayon sakinləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşdə müxtəlif dövlət strukturlarının rəhbərləri də iştirak ediblər.

Rayon ağsaqqalarının və 350-dən çox vətəndaşın iştirak etdiyi görüşdə sakinlər problemlərini dilə gətiriblər. S.Mikayılov sakinlərin müxtəlif problemlərini dinləyərək göstərişlər verib və bir sıra problemlər yerindəcə həll olunub. Bundan başqa məcburi köçkünlərin və şəhid ailələrinin məişət şəraitinə qiyabi baxış keçirilib. S.Mikayılov Qaradağ Rayonunda həyata keçiriləcək təmir abadlıq və quruculuq işləri haqqında da danışıb.

Qeyd olunub ki, ölkə başçısının göstərişinə əsasən Qaradağ rayonunda reallaşdırılan layihələr bundan sonra da daha sürətlə davam etdiriləcək.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə