Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Havzava kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sakinlərlə səyyar qəbul-görüşləri davam edir. İcra başçısı növbəti görüşünü noyabrın 30-da Havzava kəndində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Havzava kənd inzibati ərazi dairəsinin nümayəndəsi Qurban Quliyev və Havzava bələdiyyəsinin sədri Atif Əzizov kənddə yaşayan əhali, onların məşğuliyyəti barədə məlumat verib, bir sıra mövcud problemləri diqqətə çatdırıblar. Bildirilib ki, ərazisi 381 hektar, təsərüfatlarının sayı 450 olan kəndin əhalisinin sayı 2250 nəfərdir. Kənddə 1 tam orta məktəb, kitabxana, sənətkarlıq klubu, poçt, həkim məntəqəsi və digər sosial obyektlər fəaliyyət göstərir. Əhali əsasən əkinçilik, sitrusçuluq, arıçılıq və maldarlıqla məşğuldur. Son illər kənddə arıçılıqla məşğul olanların sayı xeyli çoxalıb.
Sonra kənd sakinlərindən Dini İcmanın sədri İltifat Həsənov, kənd tam orta məktəbinin müəllimləri İldırım Şükürzadə və Eynulla Mənsumov çıxış edərək respublikamızda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı tədbirlərdən, o cümlədən Lənkəran rayonunda aparılan tikinti, abadlıq və yenidənqurma işlərindən danışıblar.
Sakinlər qəsəbənin bəzi problemləri barəsində də Şəhər İcra Hakimiyyəti başçısına təkliflərini çatdırıblar. Xüsusən də kənddə əlavə elektrik transfomatorun qoyulmasının, Havzava-İstisu asfalt yolunun təmirinin, uyğunlaşdırılmış binalarda yerləşən klub, kitabxana və poçt üçün yeni binaların tikilməsinin vacibliyini qeyd ediblər. Sonra ayrı-ayrı sakinlər bəzi şəxsi xahişləri ilə İcra başçısına müraciət ediblər.
T.Qaraşov sakinlər qarşısında cıxış edərək ölkəmizin sürətli, dinamik inkişafından danışaraq Azərbaycan dövlətinin tamhüquqlu üzvü kimi dünyaya, beynəlxalq aləmə inteqrasiya olunduğunu, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi strategiyanın hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, insan amili faktorunun dövlət başçısının siyasətinin əsasını təşkil etdiyii vurğulayıb. İcra başçısı görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial problemlərin mərhələ-mərhələ yerinə yetiriləcəyini, tezliklə Havzava kəndinə də təbii qazın veriləcəyini, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən tapşırılan vəzifələrin tezliklə həll ediləcəyini söyləyib. İcra başçısı həmçinin kənd sakinləri tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı yerindəcə əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Möhtərəm Prezidentimizin daxili və xarici siyasətinə həmişə sadiq qalan lənkəranlıları bundan sonra da dövlət başçımızın ətrafında sıx birləşməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB