Avtobuslarda vahid ödəmə kartı tətbiq olunacaq

Avtobuslarda vahid ödəmə kartı tətbiq olunacaq

Gələn ilin ortalarınadək Bakı şəhərində sərnişin avtobuslarında vahid ödəmə kartı tətbiq olunacaq. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Nazir müavini bildirib ki, sərnişindaşıma sahəsində vahid ödəmə kartının tətbiqi məsələsi çox vacibdir: "Ödəmə kartlarının tətbiqi asan məsələ deyil. Hazırda bu istiqamətdə texniki və bir sıra digər işlər həyata keçirilir. Bura müvafiq kartın seçilməsi də aiddir. Düşünürəm ki, gələn ilin ortalarınadək bu məsələ müsbət həllini tapacaq".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə