Rövnəq Abdullayev: "Azərbaycana şans verilib"

Rövnəq Abdullayev: "Azərbaycana şans verilib"

"Azərbaycanın futbol üzrə yığma komandası Avro-2016-nın final mərhələsinə düşməyi qarşısına hədəf qoyub". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev belə deyib.

O bildirib ki, hazırlıqlarla bağlı yığmaya xeyli sayda mütəxəsis cəlb olunub: "Biz yığmaya xeyli sayda gənc futbolçu cəlb etməliyik ki, Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak etsinlər".

Növbəti Avropa Çempionatının final mərhələsində 24 komandanın iştirak etməsinin Azərbaycana həmin turnirə düşmək üçün əlavə şans verdiyini deyən prezident dünya çempionatı - 2012 seçmə mərhələsində sonuncu görüşlə bağlı fikirlərini də juranlistlərlə bölüşüb: "Azərbaycan yığması Şimali İrlandiya ilə görüşdə gözəl oyun nümayiş etdirdi. Biz bir neçə dəfə bu yığma ilə qarşılaşıb uduzmuşduq, bu dəfə isə heç-heçəyə nail olduq. Lakin bu heç-heçə də bizi məyus etdi, çünki qalib gələ bilərdik".

Bütün xəbərlər Facebook səhifəmizdə