Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissəni tərk edib. Bu barədə Ağdam Rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə Müdafiə Nazirliyinin Ağdam rayonundakı "N" saylı hərbi hissədə qeydə alınıb.
Əsgər Abdulov Məhəmmədəli Elşən oğlu 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək hərbi hissəni tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb, respublikanın bütün rayonlarının polis şöbələrinə məlumat verilib.
Ağdamda və daha bir neçə rayonda postlar qurulub. Hazırda əsgərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, M.Abdulov Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB