Prezident Müstəqillik günü münasibətilə şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir:
"Əlahəzrət, Əziz qardaşım,
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Əlahəzrət, bu xoş gündə Sizə Allah Təaladan möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB