AB-dən Qarabağ açıqlaması

Barrozo: "Ermənistan öz potensialını o vaxt tam reallaşdıra bilər ki..."

Avropa Birliyi ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə dəstək verməyə davam edəcək.

Bunu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, tərəflərin istəyi olarsa AB münaqişə tərəfləri arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə ciddi dəstək verə bilər.

J.M.Barrozonun sözlərinə görə, Ermənistan öz potensialını o vaxt tam reallaşdıra bilər ki, bütün bölgə ölkələri ilə yaxşı münasibətlər qursun.

Bütün xəbərlər Facebook səhifəmizdə