Rusiya Qəbələ RLS-dən əlini üzdümü?

Rusiya Qəbələ RLS-dən əlini üzdümü?

Rusiyada yeni RLS-lər tikəcək

Gələn il Rusiyada bir neçə yeni nəsil Radiolokasiya Stansiyasının tikintisi başlayacaq. Bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, Aleksey Zolotuxin məlumat verib. Hazırda 3 qəsəbədə "Voronej" tipli RLS-lər fəaliyyətdədir. Zolotuxin gələn il raket hücumuna dair xəbərdarlıq sisteminin inkişafının davam edəcəyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş "Daryal" tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin icarə müddəti bu il bitir. Müddətin uzadılmasına dair isə Azərbaycan və Rusiya arasında hələki razılıq əldə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə