Sinoptiklərdən xoş xəbər
Dekabrın 2-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında bazar günü hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Gecə və səhər hava şəraitinin az çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 13-18, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB