"Azərbaycanın gələn ilki dövlət büdcəsi müstəqillik tariximizdə ən böyük büdcədir". Bu fikri Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, büdcə layihəsində millət vəkillərinin bir sıra təklifləri nəzərə alınıb. Spiker gələn ilin dövlət büdcəsinin uğurla icra olunacağına əminliyini ifadə edib.
"Gələn ilin may ayında büdcə dəyişiklikləri məsələsi gündəmə gəlsə, digər millət vəkillərinin də bəzi təklifləri həllini tapacaq. Amma onu deyim ki, 2013-cü ilin dövlət büdcəsi ötən illərlə müqayisədə daha uğurludur", - deyə spiker vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB