Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonun Yeni Güləzi yaşayış məntəqəsində sakinlərin problemlərini dinləyib.
Qubanın Yeni Güləzi yaşayış massivində "açıq mikrafon" tədbiri keçirilib. Rayon rəhbərliyi və 200 nəfərdən artıq yerli sakinin iştirak etdiyi tədbirdə əhalini narahat edən müxtəlif mövzulu şikayətlər dinlənilib.
İlk olaraq çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, "açıq mikrafon"un keçirilməsində əsas məqsəd sakinlərin problemlərini dinləyərək yerindəcə həll etməkdir. Daha sonra sakinləri narahat edən problemlər dinlənilib. Yerli sakinlərin əsas şikayəti mənzil problemi ilə bağlı olub.
Tədbirdə həmçinin elektrik enerjisi və digər sosial problemlərdə sakinlər tərəfindən qaldırılıb. Öz növbəsində icra başçısı mövcud çatışmamazlıqlarla bağlı aidiyyatı qurumlara tapşırıqlarını verib.
Qeyd edək ki, analoji tədbirin rayonun digər yaşayış məntəqələrində də keçirilməsi nəzərdə tutulub.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB