ABŞ və Rusiya Qarabağa qoşun yeridəcək

Aydın Mirzəzadə: "Belə iddianı Ermənistanın təbliğat maşını yayır”
ABŞ və Rusiya Qarabağa qoşun yeridəcək

"Erməni mətbuati iddia edir ki, ABŞ və Rusiya Qarabağa qoşun yeridəcək". Bu fikrə münasibət bildirməyi millət vəkili Aydın Mirzəzadədən sosial şəbəkə istifadəçisi xahiş edib.

SİA-nın verdiyi məlumata görə, millət vəkili öz facebook səhifəsində bildirib ki, belə iddianı Ermənistanın təbliğat maşını birinci dəfə deyil ki, dövriyyəyə buraxır: "Azərbaycan tərəfi daima onların yalanını ifşa edir, ancaq köhnə metod yenə də istifadə edilir. Bu iddia heç zaman ola bilməz, ona görə ki... Hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan ərazisində xarici qoşunların yerləşdirilməsi ancaq ölkəmizin razılığı ilə ola bilər.

Ermənistan hər iki dövləti Qarabağ münaqişəsinin yeni iştirakçılarına çevirməyə çalışır. Ancaq bu dövlətlərə bu perspektiv heç bir halda lazım deyil. Bu bir tərəfdən onların imicinə böyük ziyan vurar, digər tərəfdən Azərbaycan kimi nüfuzlu dövlətin etimadını itrimiş olardıar. Həmçinin belə ssenari regionda qüvvlər nisbətini xoşagəlməz halda poaza bilər. Azərbaycanın müttəfiqi Türkiyənin məsləyə sərt neqativ münasibəti də mütləq baş verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə