Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı, BMT-nin İnkişaf Fondu və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti ilə birgə bu gün 16 günlük Fəallıq Kompaniyası çərçivəsində "Qadınlara qarşı zorakılığa yox deyək" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə millət vəkilləri, dövlət qurumları və ictimaiyyət nümayəndələri iştirak edib.
Zorakılıq hallarına son qoyulmasının vacibliyini vurğulayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, cəmiyyət özü zorakılıq hallarına adekvat reaksiya verməlidir: "Dünyanın əksər inkişaf etmiş dövlətləri kimi Azərbaycanda gender əsaslı zorakılığın qarşısını almağa dair müsbət addımlar atan bir ölkədir. Bu özünü "Məişət zorakəılığının qarşısının alınması haqqında" qanunda da öz əksini tapıb. Qanunun qəbul olunmasında ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu xüsusi qeyd olunmalıdır".
Tədbirdə qeyd olunub ki, zorakılıq hallarının qarşısının alınması üçün əhalinin marifləndirilməsi əsas amillərdən biridir. Bu məqsədlə komitənin əməkdaşları bir çox rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda dəyirmi masalar keçirib, qısametrajlı çarxlar, filmlər nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB