Saytların birində "Salyanda Tahir Kərimovun göstərişi ilə mağazalardan 400-500 manat həcmində ərzaq malları toplanılır" başlığı ilə yazı dərc edilib. Məqalədə göstərilib ki, guya rayon İcra hakimiyyətinin nümayəndələri mağazalara daxil olaraq 400-500 manat həcmində ərzaq malları tələb edirlər. Bu ərzaq səbəbsiz yığılır və aparılır. Təbii ki, pulu ödənilmir.
SİA-nın Aran bürosunun əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri K.Muradov müxbirimizə bildirib ki, gündəm.info-da yazılan bu məlumatların heç bir əsası yoxdur, tam yalan, şər və böhtandır. Bildiririk ki, rayonda heç bir mağazadan ərzaq malları tələb olunmayıb və alınmayıb. Bütün sahibkarların nəzərinə çatdırırıq ki, əgər hər hansı mağazadan ərzaq malları tələb olunarsa, dərhal Rayon İcra Hakimiyyətinə məlumat versinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB