"Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi tərəfindən keçmiş SSRİ regionunda ilk dəfə olaraq həyata keçirilməsinə başlanılıb və böyük marağa səbəb olmuş mina qurbanlarına faizsiz maliyyə vəsaitlərinin verilməsi layihəsinin növbəti fazası uğurla başa çatdırılıb". SİA-nın xəbərinə görə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin Sədri Hafiz Səfixanov birliyin keçirdiyi mətbuat konfransında belə deyib.
O bildirib ki, sayca 4-cü olan bu faza 15 Sentyabr 2011-ci ildə başlanıb və 30 sentyabr 2012-ci ildə başa çatıb: "Layihənin ümumi məbləği 16677 avro olub və İcveçrə Mina Qurbanlarına Yardım Fondu tərəfindən maliyyələşdirilib. Layihə çərçivəsində mina partlayışları nəticəsində əlil olmuş 7 nəfər Füzuli və Tovuz rayon sakini faizsiz maliyyə vəsaitləri alıblar. Fizuli rayonundan olan mina qurbanlarından 3 nəfər iribuynuzlu mal-qara,1 nəfər isə qoyunçuluqla məşğul olub".
Sədr qeyd edib ki, Tovuz rayonundan olan mina qurbanlarından 1 nəfəri arıçılıq, 1 nəfəri qəssablıq, 1 nəfəri isə xırda alverlə məşğul olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB