Dağlıq Qarabağın separatçı rejimi Ermənistanın uğursuz "futbol diplomatiyası"ndan özünəməxsus şəkildə yararlanmağa çalışıb. Ermənilər futbol komandası təşkil edərək Abxaziya "yığması"nı ilə yoldaşlıq oyunu keçirib. Xankəndidə baş tutan görüşdə ermənilər qonaqpərvərlik nə olduğunu abxazlara "başa" salıblar – 3:0.
Məsələ Azərbaycan tərəfinin reaksiyası özünü çox gözlətməyib. AFFA dərhal sözügedən oyuna etiraz əlaməti olaraq FİFA və UEFA-ya müraciət ünvanlayıb. "Qarabağ Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal olunub. Bu üzdən də Dağlıq Qarabağın separatçı rejiminin belə bir oyun keçirməyə heç bir hüququ yoxdur", - müraciətdə qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB