İnterpolun rəisi Sumqayıta göndərildi

İnterpolun rəisi Sumqayıta göndərildi

Daxili İşlər Nazirliyindən alınan məlumata görə, daxili işlər naziri Ramil Usubovun imzaladığı əmrə əsasən, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyev Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Sumqayıt Şəhər Polis idarəsinin rəisi polkovnik-leytenant Əkbər İsmayılov isə nazir Ramil Usubovun sərəncamı ilə DİN-nin Baş Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə