Jurnalistlərimiz millət vəkilləri ilə nahar etdilər FOTO

Jurnalistlərimiz millət vəkilləri ilə nahar etdilər FOTO

"Azərbaycan və Türkiyə arasında əlaqələr çox sürətlə inkişaf edir. Bu inkişafın daha da gücləndirilməsində jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür". SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin TRT kanalında təcrübə keçən Azərbaycan jurnalistləri ilə birlikdə nahar edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar deyib. O, iki ölkə arasında olan münasibətlərdən danışaraq, Azərbaycan və Türkiyənin bütün sahələrdə etibarlı tərəfdaş, qardaş ölkə olduğunu qeyd edib.

Daha sonra isə TBMM-nin digər üzvü Şuay Alpay danışıb. O, Azərbaycan və Türkiyənin eyni millət olduğunu bir daha önə çəkərək, qardaş ölkənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Millət vəkili Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad ediləcəyinə əmin olduğunu qeyd edib.

Daha sonra nahar müzakirələrlə davam edib.

Xatırladaq ki, Azərbaycanın 25 media nümayəndəsi noyabrın 26-dan TRT-də təcrübə keçir. Jurnalistlər dekabrın 7-də Vətənə qayıdacaqlar.

Elgün Vidadioğlu,

Ankara - Bakı

Bütün xəbərlər Facebook səhifəmizdə