Bakcell-in “Sən də Mersedes sür” kampaniyasının qalibi bəlli oldu

Bakcell-in “Sən də Mersedes sür” kampaniyasının qalibi bəlli oldu

Avqust ayının 27-dən başlayan və noyabrın 4-ə kimi aktiv olan "Sən də Mersedes Sür" SMS yarışması sona çatmışdır.

Kampaniya çərçivəsində gündəlik və həftəlik pul mükafatları oynanılmış və baş priz Mersedes GLK öz sahibini tapmışdır.

Belə ki, kampaniya zamanı gün ərzində ən fəal 60 yarışmaçı hər biri 500 AZN, həftə ərzində ən fəal 9 iştirakçı isə hər biri 1000 AZN qazanmışdır. Bundan əlavə, yarışma dövründə hər biri 750 AZN dəyərində olan 5 ədəd xüsusi pul mükafatı da öz sahiblərini tapmışdır.

Kampaniyanın baş mükafatı Mersedes GLK öz sahibini tapmış, qalib Salmanova Nailə Nağı qızı Bakcell şirkətinin baş ofisində keçirilən mükafatlandırma mərasimində hədiyyəsini almıışdır.

^^^

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər

Bütün xəbərlər Facebook səhifəmizdə