Ağsu şəhərinin su təchizatı yenidən qurulur

Ağsu şəhərinin su təchizatı yenidən qurulur

Bəzi kütləvi informasiya vasitələrində Ağsu rayon sakinlərinin, yeni su və kanalizasiya borularının çəkilişi zamanı asfalt ortüyünün bərbad vəziyyətdə salınmasına etiraz əlaməti olaraq aksiya keçirdikləri qeyd edilib.

SİA-nın əməkdaşı bununla bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, rayonda əvvəllər kanalizasiya sistemi mövcud olmayıb. Bu problemin aradan qaldırılması üçün ötən ilin axırlarından Dünya Bankı və Azərbaycan höküməti ilə birgə maliyyələşdirilmiş "Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layıhə" çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanilizasiya sisteminin yaradılması istiqamətində işlərin icrasına başlanılıb. Artıq bu layihənin həyata keçirilməsi üzrə işlərin 70 faizdən çoxu görülüb. Hazırda layihənin icrası davam etdirilir. Demək olar ki, şəhərin bütün küçələrində qazıntı işləri aparıldığı üçün şəhər sakinlərinin gediş-gəlişində müvəqqəti çətinliklər yaranıb. Bununla əlaqədar 27 noyabr tarixdə şəhərin 15 nəfərə yaxın sakini layihənin icrasını həyata keçirən "AS" inşaat şirkətlər qrupunun yerləşdiyi ofisə gedərək şəhərin küçələrində qış dövründə insanların gediş-gəlişinin rahatlığını təmin etmək məqsədilə müfafiq tədbirlər görülməsi xahişi ilə müraciət ediblər. Şirkətin rəhbərliyi gələcəkdə əhalinin istifadəsinə veriləcək bu iri miqyaslı layihənin yekunlaşmasına hələ 2 ay qaldığını və bununla bağlı törədilmiş müvəqqəti narahatlığa görə üzr istədiklərini bildirib. Lakin buna baxmayaraq küçələrdə insanların gediş-gəlişinin rahatlığını təmin etmək məqsədi ilə xüsusi tədbirlər görüləcəyini qeyd edən şirkət rəsmiləri bir müddətdən sonra əhalini yüksək səviyyəli komunal xidmətlərlə təmin edəcəklərinidə bildiriblər.

Bir daha bildiririk ki, Ağsu əhalisi şəhərdə aparılan quruculuq və abadlıq işlərini alqışlayır və bu lahıyyələrin nəticə etibarı ilə onların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədiilə həyata keçirildiyini gözəl bilir. Təəssüflər olsun ki, kimlərisə bu aparılan işlər əksinə olaraq qıcıqlandırır, əks təqdirdə bir qrup sakinin müraciətini aksiya kimi təqdim etməzdilər.

SİA

Bütün xəbərlər Facebook səhifəmizdə