Gənclər təşkilatlarının IV respublika sərgisi bu gün də öz işini davam etdirib. SİA-nın verdiyi xəbərə görə, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) da bu sərgidə fəallığı ilə seçilir. Sərgidə AMOR-un iştirakçılarının diqqətinə təqdim etdiyi stend rəngarəngliyi ilə seçilir. Təşkilatın hazırladığı stenddə onların fəaliyyətinə həsr olunan müxtəlif çap məhsulları iştirakçılara təqdim olunub. Həmçinin bu stenddə siz Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən şöbələrinin yerləşdiyi regionlarlada tanış ola bilərsiniz.
Qeyd edək ki, 2009-cu il aprelin 18-də yaradılan bu təşkilat fəaliyyət göstərdiyi çox qısa bir vaxt ərzində Rusiyada yaşayan və təhsil alan soydaşlarımızı öz ətrafında birləşdirən, onların Rusiya cəmiyyətinə inteqrasiyasına dəstək verən güclü bir quruma çevrilib.

Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB