"Azərbaycanda süni mayalanma 2004-cü ildən həyata keçirilir və artıq bu sahədə ciddi uğurlar əldə edilib. Əgər Avropada bununla bağlı müraciət edənlərdə yalnız 30-35 faiz müsbət nəticə əldə edirlərsə, Azərbaycanda bu göstərici 40-45 faiz arasındadır. Bu gün Azərbaycanda təxminən 400 min insan sonsuzluqdan əziyyət çəkir, onların böyük əksəriyyəti kişilərdir. Bu, digər ölkələrlə müqayisədə çoxdur".
SİA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Mamalıq və ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva deyib.
İnstitut direktoru bildirib ki, Azərbaycanda ildə 1000 qadın süni mayalandırma ilə bağlı müraciət edir: "Hazırda ölkədə 32 minə yaxın donora ehtiyac var və bu Azərbaycan üçün elə də böyük rəqəm deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB