"Süni mayalanmanı yalnız....."

Səhiyyə Nazirliyinin şöbə rəisi Gülmirzə Poladov Milli Məclisdə "Reproduktiv sağlamlığın qorunması haqqıda" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib ki, süni mayalandırmanı həvəsləndirmək təhlükəli hallara gətib çıxara bilər. Süni mayalanmaya yalnız yaşı 30-dan yuxarı olan qadınlar və 10 ildən artıq sonsuz olan analar gedə bilər. Onun sözlərinə görə, bu gün Azərbaycanda 500-ə yaxın özəl tibb müəssisəsi fəaliyyət göstərir: "Səhiyyə Nazirliyi təklif edir ki, qanun qəbul olunandan sonra ilk 5 il müddətində süni mayalandırmanı yalnız dövlət tibb müəssisələri həyata keçirsin".

Poladov vurğulayıb ki, hamiləliyin süni yolla pozulması yalnız 12 həftədən sonra həkim komissiyasının rəyi ilə həyata keçirilə bilər və bu da "Reproduktiv sağlamlığın qorunması haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Yetkinlik yaşına çatmayanlarda hamiləliyin süni yolla pozulması onun və valideynlərinin arzusu ilə həyata keçirilə bilər.

Şöbə rəisi hesab edir ki, sənəddə hamiləliyin süni yolla pozulması ilə bağlı müddəalar qanunsuz abortların qarşısının alınmasına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə