Azərbaycanda reproduktiv hüceyrələr üzrə donorluğun maksimum yaş həddi müəyyənləşdiriləcək. SİA-nın verdiyi xəbərə görə, Milli Məclisin Sosial Siyasət komitəsində bu gün müzakirəyə çıxarılan "Reproduktiv sağlamlığın qorunması haqqıda" qanun layihəsində qeyd olunur ki, donor 35 yaşadək kişi və qadın ola bilər. Həmçinin qeyd olunub ki, donor xidmətindən istifadə edən ailə donorun miliyyəti, təhsili, peşəsi, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və donorluq müqavilə əsasında olur və bir şəxs yalnız 5 ailə üçün donor ola bilər.
Layihədə əvvəlki variantdan fərqli olaraq baş verən dəyişikliklər analıq hüququ və sonsuzluğun müalivəsi ilə bağlıdır. Layihənin 10-cu maddəsinə əsasən, sonsuzluğun müalicəsi zamanı vətəndaş tətbiqi qadağan edilməyən, həmçinin beynəlxalq praktikada geniş istifadə edilən köməkçi reproduktiv texnologiyalardan istifadə etməklə sonsuzluğun bütün növlərinin müalicə hüququna malikdir.
Layihədə o da göstərilib ki, tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə oluna bilər. İnsanın klonlaşdırılması məqsədilə reprodiktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB