Bakirə olmayanda belə də olur

Biləsuvar rayon Məhkəməsində seksual xarakterli zorakılıq və xuliqanlıqda ittiham olunan rayon sakini, 1983-cü il təvəllüdlü P.E-nın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın verdiyi xəbərə görə, ittiham olunan şəxs P.E Cinayət Məcəlləsinin 221.1 və 150.1 maddəsi ilə təqsirli bilinib.

P.E 2011-ci ilin yayında həmyerlisi Q.Ə ilə "ailə həyatı" qurub. Ancaq evləndiyi qız bakirə olmayıb. P.E toy gecəsi qızdan onun bakirə olmamasının səbəblərini soruşub. Toy gecəsi bakirə çıxmayan gəlin uşaqkən dayısı oğlu tərəfindən zorlandığını bildirib. Bundan sonra

P.E "qız"ın düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin Q.E bundan imtina edib. Toy gecəsi P.E qızı döyərək evdən qovub. Q.E döyülmüş vəziyyətdə ata evinə qayıdıb. Qızlarını döyülmüş şəkildə görən valideynlər polisə üz tutublar. Biləsuvar rayon Polis Şöbəsinə şikayət edən Qulizadələr ailəsi qızlarının toy gecəsi P.E tərəfindən zorlandığını bildiriblər.

Bundan sonra P.E 6 ay polisdən qaçıb. P.E ötən il dekabrın 25-də Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Məhkəmədə ifadə verən P.E elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, Q.E-nın toy gecəsi bakirə olmadığını öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini bildirib. Zərərçəkmiş qismində məhkəmə iclasında ifadə verən Q.E toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxs tərəfindən zorlandığını bildirib.

Hakim Azər Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə