ATGTİ "Gənclər təşkilatlarının IV respublika sərgisi"də iştirak edir
"Gənclər təşkilatlarının IV respublika sərgisi"i davam edir. SİA-nın verdiyi xəbərə görə, ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) da sərgidə iştirak edir.
Sərgidə ATGTİ-nin sərgi iştirakçılarının diqqətinə təqdim etdiyi stend rəngarəngliyi ilə seçilir. Təşkilatın hazırladığı stenddə bütün ali və orta ixtisas təhsil müsəssilərinin Tələbə Gənclər Təşkilatlarının (TGT) bayraqları və kreativ dizayn nümunəsi kimi yastıqları yer alır. Eyni zamanda stenddə təşkilatın müxtəlif çap məhsulları da sərgi iştirakçılarına təqdim edilir. Təqdim olunan video, foto və çap məhsulları vasitəsi ilə sərgi iştirakçıları ATGTİ-nin fəaliyyəti ilə yaxından tanış ola bilərlər. Bundan əlavə ATGTİ-nin informasiya texnologiyaları departamenti tərəfindən yaradılmış xüsusi səsvermə sistemində gənclər təhsil aldıqları ali və ya orta ixtisas təhsil müəssisələrinə səs də verə bilərlər.
Qeyd edək ki, sərginin ilk günündə 350-dən çox tələbə-gənc ATGTİ-nin stendinə yaxınlaşaraq səsvermədə iştirak etmiş və ümumi nəticələrə görə Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) I yer, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) II yer və Milli Aviasiya Akademiyası (MAA) III yerdə qərarlaşmışlar. Daha 2 gün davam edəcək sərgidə gənclər üçün adıgedən səsvermə sisteminin fəaliyyəti davam etdiriləcək və 3-cü günün sonunda yekun nəticələrə əsasən qaliblər elan olunacaq.
(1).jpg)
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB