Baş redaktor pulsuz işləməyə razı olmayan əməkdaşlara işə gəlməməyi tapşırıb
Gülər Əhmədovanın baş redaktoru olduğu "Mərkəz" qəzetində əməkdaşlar iki aydan bəri ödənilməyən əmək haqlarını tələb etmək üçün "qiyam" qaldırıblar. G.Əhmədova Hökumət Evindəki ofisinə gələrək, qəzetin əməkdaşları ilə görüşüb. O, jurnalistlərə əmək haqqının ödənilməyəcəyini bildirərək pulsuz işləməyi təklif edib. Bu təklifə razılaşmayanlara bu gündən etibarən işə gəlməmək tapşırılıb.
Bu gün isə G.Əhmədovanın keçmiş köməkçisi və o, olmadığı dövrdə qəzetə faktiki rəhbərliyi həyata keçirən Əhməd Şahidov əməkdaşlara ismarış yazaraq noyabrın 29-dan işə gəlməməyi tapşırıb. Bildirib ki, qəzeti internetdə yayılan məlumatlardan istifadə etməklə özü tək çıxaracaq.
Jurnalistlərlə yanaşı hətta korrektora da belə bir tapşırıq verilib.
Bu ismarışdan sonra jurnalistlər "Mərkəz" qəzetinin mühasibatlığına toplaşaraq pullarını tələb ediblər. Onlara əmək haqqının ödənilməsi üçün vəsait olmadığı bir daha bildirilib. Lakin bir neçə əməkdaş Ə.Şahidovun oğlu dünyaya gəldiyinə görə bu gün qəzetin çıxmasına kömək edəcəyinə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB